Tramp Tehranın nüvə silahı əldə etməməsi üçün lazım olan hər şeyi edəcək – Rubio

Baş səhifə

Bakı. Trend:

Vaşinqton administrasiyası Tehranla danışıqlar yolu ilə
məqsədlərinə nail ola bilmədiyi təqdirdə, İrana qarşı hərbi
əməliyyat variantını nəzərdən keçirir.

Trend-in
məlumatına görə, bunu ABŞ Dövlət katibi Marko Rubio Hindistanın
“India Today” telekanalına müsahibəsində deyib.




“Prezident Donald Tramp İranın heç vaxt nüvə silahı əldə
etməməsi üçün lazım olan hər şeyi edəcəyini açıq şəkildə bəyan
edib. O, buna danışıqlar və diplomatiya yolu ilə nail olmağa
üstünlük verir və biz bu imkanlardan maksimum istifadə edəcəyik”, –
deyə Dövlət katibi bildirib.

Rubio İrana qarşı mümkün hərbi əməliyyatlara toxunaraq əlavə
edib: “Əgər bu cəhdlər nəticə verməsə, Prezidentin belə bir seçimi
var. Amma bu, bizim üstünlük verdiyimiz yol deyil. İlk seçimimiz
məsələnin danışıqlar yolu ilə həllidir və biz bu istiqamətdə
çalışmağa davam edəcəyik”.