Qabriel Attal Fransada prezident seçkilərinə namizədliyini rəsmən elan edib

Baş səhifə

Bakı. Trend:

Fransanın keçmiş Baş naziri Qabriel Attal 2027-ci ildə
keçiriləcək prezident seçkilərində namizədliyini rəsmən elan edib.
Bu addım onun sağ mərkəzçi siyasi blok daxilində mövqeyini
gücləndirməyə yönəlmiş strategiyasında yeni mərhələ kimi
qiymətləndirilir.

Trend-in
məlumatına görə, 37 yaşlı siyasətçi namizədliyini Aveyron
departamentində yerləşən və təxminən 700 nəfər əhalisi olan
Mur-de-Barrez kommunasında açıqlayıb.




Attalın namizədliyini elan etməsi “La Tribune Dimanche”
qəzetində dərc olunan və təxminən 500 yerli seçilmiş nümayəndənin
imzaladığı müraciətdən bir neçə gün sonraya təsadüf edir. Həmin
müraciətdə siyasətçiyə prezident seçkilərində iştirak etməsi üçün
çağırış edilmişdi.