
Bakı. Trend:
Sülhməramlı əməliyyatlarda iştirak edən beynəlxalq şəxsi heyətin
sayı 2025-ci ildə son 25 ilin ən aşağı səviyyəsinə enib.
Trend-in
məlumatına görə, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları
İnstitutu tərəfindən yayımlanan hesabatda bildirilir.
Məlumata görə, 2025-ci il 31 dekabr tarixinə sülhməramlı
əməliyyatlarda 78 min 633 nəfər xidmət edib. Bu göstərici 2016-cı
illə müqayisədə 49 faiz azalma deməkdir və 2000-ci ildən bəri ən
aşağı səviyyə hesab olunur.
Qeyd edilir ki, geosiyasi gərginliklər, siyasi təzyiqlər və
maliyyə problemləri çoxtərəfli sülhməramlı missiyaların
fəaliyyətinə mənfi təsir göstərir.
Hesabata əsasən, 2025-ci ildə 34 ölkə və ərazidə 58 sülhməramlı
missiya fəaliyyət göstərib. Şəxsi heyətin 73 faizi beş əsas
missiyada xidmət edib.

