Bakı. Trend:
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxma
ehtimalı olan halların sayı 900-ü keçib.
Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus məlumat
verib.
“Konqo Demokratik Respublikasında Ebola epidemiyasına cavab
tədbirləri çərçivəsində epidemioloji nəzarətin genişləndirilməsi
ilə xəstəliyə yoluxma ehtimalı olan 900-dən çox hal, o cümlədən 101
təsdiqlənmiş yoluxma aşkarlanıb”, – deyə o, X sosial şəbəkəsində
yazıb.
Tedros Adhanom Ghebreyesus bildirib ki, epidemiyanın episentri
olaraq qalan İturi əyalətində 5 milyon insan yaşayır. Onun
sözlərinə görə, hər dörd nəfərdən biri humanitar yardıma ehtiyac
duyur, hər beş nəfərdən biri isə məcburi köçkün
vəziyyətindədir.
ÜST rəhbəri qeyd edib ki, zorakılıq insanları, o cümlədən tibb
və humanitar işçiləri evlərini tərk etməyə məcbur edir. Bu isə
təmasların izlənilməsi sisteminin genişləndirilməsini və
yoluxmaların erkən aşkarlanmasını ciddi şəkildə çətinləşdirir.

