ABŞ-İran çərçivə sazişi 95% razılaşdırılıb – KİV

Baş səhifə

Bakı. Trend:

ABŞ və İran çərçivə sazişi üzərində 95% razılığa gəliblər.

Trend-in məlumatına görə, bu barədə “Fox News” televiziya kanalı
mənbələrə istinadən xəbər verib.




Onların sözlərinə görə, Tehran “çərçivə sazişi ilə prinsipcə
razılaşıb” və sazişin 95%-i tamamlanıb. “Nüvə arsenalı və Hörmüz
boğazı ilə bağlı razılaşmamız var, amma biz sözləri müzakirə
edirik”, – deyə telekanala adı açıqlanmayan rəsmi şəxs
bildirib.

“Biz bu gün və ya sabah müqaviləni imzalamayacağıq”, deyə Fox
News mənbəsi hesab edib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald
Trampın müqaviləni yekunlaşdırmaq üçün daha beş-yeddi gün vaxt verə
bilər.