“Tottenhem” İngiltərə Premyer Liqasında qalıb

Baş səhifə

Bakı. Trend:

İngiltərə Premyer Liqasının sonuncu turu çərçivəsində “Tottenhem” “Everton”u 1:0 hesabı ilə məğlub edərək, növbəti mövsüm
üçün Premyer Liqadakı yerini qoruyub saxlayıb.

Trend-in
məlumatına görə, qolu 43-cü dəqiqədə Joao Palninya vurub.




“Tottenhem” turnir cədvəlində 41 xalla 17-ci yerdə qərarlaşıb və
son oyun günündə “Lids”i 3-0 hesabı ilə məğlub edən “Vest Hem”dən
iki xal qabaqlayıb. “Vulverhempton” və “Börnli” də İngiltərə
Premyer Liqasından düşüblər. Onların yerini gələn mövsüm yüksək
liqada “Koventri”, “İpsviç” və “Hall Citi” tutacaq.