
Bakı. Trend:
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri mayın
17-də İraq ərazisindən atılan üç dronu ələ keçirərək məhv edib.
Trend-in
məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin
rəsmi nümayəndəsi Turki əl-Maliki “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, “Müdafiə Nazirliyi uyğun vaxtda cavab
vermək hüququnu özündə saxlayır” və “Krallıq vətəndaşlarının və
sakinlərinin suverenliyini və təhlükəsizliyini pozmaq üçün edilən
hər hansı bir cəhdin qarşısını almaq üçün bütün lazımi tədbirləri
görəcək”.

