Bakı. Trend:
Vaşinqton və Pekin, xüsusən də kənd təsərrüfatı sektorunda
əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin açıqlamasında
bildirilib.
“Çin 2026 (…), 2027 və 2028-ci illərdə hər il ən azı 17
milyard dollar dəyərində ABŞ kənd təsərrüfatı məhsulları alacaq”, –
deyə qeyd olunub.
Bundan əlavə, Çin “Amerika mal əti üçün bazara çıxışı bərpa
etdi”.
ABŞ administrasiyası həmçinin qeyd edib ki, Tramp və Çin sədri
Si Cinpin “dünyadakı biznes və istehlakçılar üçün sabitliyi və
inamı artıracaq” bir sıra məsələlərdə razılığa gəliblər.

