
Minifutbol üzrə Azərbaycan milli komandasl Slovakiyada keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxıb.
Modern.az xəbər verir ki, F qrupunda yer alan millimiz Fransa ilə qarşılaşıb. Matç Azərbaycan millisi komandasının 3:2 hesablı qələbəsi ilə başa yekunlaşıb.
Bu nəticədən sonra yığmamız Avropa çempionatında qrupu lider olaraq başa vurub.
Xatırladaq ki, Azərbaycan millisi ilk oyunda Avstriya (1:0), daha sonra İtaliyanı (3:0) məğlub edib.

