Müdafiə naziri Şimali Koreya hücum edəcəyi təqdirdə hansı addımları atacaqlarını açıqladı

Baş səhifə

Bakı. Trend:

Cənubi Koreya ABŞ ilə hərbi əməkdaşlığı davam etdirərkən öz
müdafiə qabiliyyətlərini gücləndirməlidir.

Trend xarici
media istinadla xəbər verir ki, bunu Cənubi Koreyanın müdafiə
naziri An Qyu-Bek bildirib.

“Koreya Respublikası ABŞ ilə müttəfiqliyini gücləndirməklə
yanaşı, özünü təmin edən müdafiə imkanlarını gücləndirmək səylərini
davam etdirəcək”, – nazir bildirib.




O, Şimali Koreyanın hərbi gücünü artırmasından, nüvə və raket
proqramlarının inkişafından bəhs edib. Nazirin sözlərinə görə, Seul
öz növbəsində Şimali Koreyaya qarşı üç komponentli çəkindirmə
sisteminə əsaslanır: laylı hava və raketdən müdafiə sistemi, Şimali
Koreyadan gələn raket və nüvə təhdidləri aşkar edildikdə
qabaqlayıcı zərbə imkanları və Şimali Koreya rəhbərliyini və hərbi
obyektlərini məhv etmək üçün nəhəng zərbə sistemi.

Nazir qeyd edib ki, Cənubi Koreya süni intellekt
texnologiyaları, dronlar və PUA-lara qarşı sistemlər tətbiq etməklə “ağıllı qüvvə” inkişaf etdirir. “Bunun sayəsində Koreya
yarımadasının müdafiəsində daha əhəmiyyətli rol oynayacağıq”, –
deyə An Qyu-Bek bildirib.

Eyni zamanda, o, Seulun Pxenyanla dialoq aparmaq üçün davamlı
səylərini qeyd edib. Müdafiə naziri bildirib ki, Şimali Koreyadan
gələn təhdidlərə qarşı güclü çəkindirməni qoruyub saxlayaraq, iki
Koreya arasında dialoq yolu ilə dinc yanaşı yaşama siyasəti
yürüdəcəklər.