Makqreqor 12 dəfə dopinq testindən keçib

Baş səhifə

Bakı. Trend:

Keçmiş ikiqat UFC çempionu Konor Makqreqor 2026-cı ildə 12 dəfə
dopinq testindən keçib.

Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.

2025-ci ildə ən çox dopinq testindən keçən döyüşçü gürcü Merab
Dvalişvili olub.




Makqreqorun növbəti döyüşü 11 iyulda Las-Veqasda UFC 329
turnirində Maks Holloveyə qarşı olacaq. Döyüş revanş qarşılaşması
olacaq və irlandiyalı döyüşçünün beş ildən sonra ilk dəfə ringə
çıxması gözlənilir.

37 yaşlı Makqreqor narkotik asılılığının müalicəsində istifadə
edilən Afrika bitkisindən əldə edilən iboqain maddəsi ilə müalicə
alıb. Makqreqor 36 saat dərmanın təsiri altında olub. Hazırda o,
antidopinq qaydalarını pozduğuna görə 18 aylıq diskvalifikasiya
cəzasına məhkum edilib və bu cəza 2026-cı ilin martında başa
çatıb.

37 yaşlı döyüşçünün son döyüşü UFC 264 turnirində amerikalı
Dastin Poirierə qarşı olub. Döyüş birinci raundda başa çatıb və
irlandiyalı idmançının ayağı sınıb.