
Bakı. Trend:
Livan və İsrail arasında ABŞ-də keçirilən danışıqlarda aprel
ayında razılaşdırılmış atəşkəsin daha 45 gün uzadılması barədə
qərar qəbul edilib.
Trend xəbər verir ki,
bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot sosial
media hesabında paylaşım edib.
“Amerika Birləşmiş Ştatları 14–15 may tarixlərində İsrail və
Livan arasında ikigünlük son dərəcə məhsuldar danışıqlar aparıb. 16
apreldə razılaşdırılmış atəşkəs daha 45 gün uzadılacaq”, – deyə o
bildirib.
Onun sözlərinə görə, Dövlət Departamenti 2–3 iyun tarixlərində
İsrail və Livanla daha bir görüş təşkil etməyi planlaşdırır. Mayın
29-da isə Pentaqonda hər iki ölkənin nümayəndələrinin iştirakı ilə
təhlükəsizlik məsələlərinə dair iclas keçiriləcək. Piqot
danışıqların Livan və İsrail arasında uzunmüddətli sülhə gətirib
çıxaracağına ümid etdiyini vurğulayıb.

