Trampın Çin səfəri başlayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın Çinə iki günlük rəsmi səfəri
başlayıb. Ağ Ev rəhbəri və onun nümayəndə heyətini daşıyan təyyarə
artıq Pekin beynəlxalq hava limanına enib.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.




Görüşdə Trampın Çin Xalq Respublikasının sədri Si Cinpinlə
görüşərək müxtəlif məsələləri o cümlədən qarşılıqlı tətbiq olunan
gömrük rüsumlarını, İran müharibəsini, Hörmüz boğazının bağlanması
ilə əlaqədar yaranmış qlobal enerji böhranını müzakirə edəcəyi
gözlənilir.

Qeyd edək ki, Tramp bundan əvvəl 2017-ci ildə Çinə səfər
edib.