
Bakı. Trend:
Qətər və Səudiyyə Ərəbistanı Hörmüz boğazında gəmilərə edilən
son hücumlara görə İranı məsuliyyət daşımaqda ittiham edib.
Qətər Xarici İşlər Nazirliyi Tehrandan regional təhlükəsizliyə
və beynəlxalq gəmiçiliyə təhdid yaradan hərəkətləri dayandırmağı
tələb edib.
Qurumun nümayəndəsi bildirib ki, İran baş verən hücumlar və
onların mümkün nəticələrinə görə məsuliyyət daşıyır.
Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi də analoji mövqe
nümayiş etdirib.
Məlumata görə, çərşənbə axşamı Hörmüz boğazında üç tanker hücuma
məruz qalıb. Onlardan ikisinin Qətər və Səudiyyə Ərəbistanına
məxsus olduğu bildirilir.

