Mərkəzi Bank ABŞ şirkəti ilə institusional investorlarla əməkdaşlıq imkanlarını müzakirə edib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) və ABŞ-nin investisiya
idarəçiliyi və aktivlərin idarə olunması üzrə “Federated Hermes
Limited” əməkdaşlıq imkanları müzakirə edilib.

Trend bu
barədə AMB-yə istinadən xəbər verir.

Belə ki, Mərkəzi Bankın sədr müavini Əli Əhmədov “Federated
Hermes Limited” şirkətinin baş icraçı direktoru Saker Nuseybehin
rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş çərçivəsində qlobal maliyyə bazarlarında mövcud
tendensiyalar, institusional investorlarla əməkdaşlıq imkanları,
eləcə də mərkəzi banklar, dövlət qurumları və suveren fondlar
arasında qarşılıqlı tərəfdaşlıq təcrübələri müzakirə olunub.




Görüşdə həmçinin ikitərəfli maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Federated Hermes Limited” şirkəti aktiv
investisiya sahəsində fəaliyyət göstərir.

Baş qərargahı Pitsburq şəhərində yerləşən şirkətin 2 000-dən çox
əməkdaşı var.