Kim Çen In Şimali Koreyanın hərbi-sənaye kompleksi müəssisələrinə baxış keçirib

Baş səhifə

Bakı. Trend:

Şimali Koreya lideri Kim Çen In hərbi-sənaye kompleksi
müəssisələrinə baxış keçirib.

Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf
Agentliyi xəbər verib.




Kim Çen In 2026-cı ilin birinci yarısı üçün hərbi istehsal
planlarının icrasını nəzərdən keçirib. O, Koreya Xalq Ordusunun “müxtəlif sursat istehsalında rekord artımı təmin edən və döyüş
qabiliyyətinin gücləndirilməsinə əhəmiyyətli töhfə verən” müdafiə
sənayesi işçilərinin həvəsini qeyd edib.

Şimali Koreya lideri həmçinin hərbi sənaye strukturunda,
istehsalında və infrastrukturunda mövcud çatışmazlıqlara da diqqət
çəkib. O, istehsal güclərinin modernləşdirilməsini, o cümlədən
istehsal strukturunun rasionallaşdırılmasını və texnoloji
proseslərin yerləşdirilməsini optimallaşdırmağı prioritet kimi
müəyyən edib.