ABŞ İranla dialoqda vasitəçi rolunu oynayan Pakistanı əvəz etməyi planlaşdırmır – Tramp:

Baş səhifə

Bakı. Trend:

ABŞ İranla dialoq prosesində əsas vasitəçi rolunu oynayan
Pakistanı əvəz etməyi planlaşdırmır.

Trend-in
məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə
jurnalistlərə açıqlamasında bildirib.

“Xeyr, onlar möhtəşəmdirlər. Pakistanlılar çox yaxşı iş
görürlər. Feldmarşal və Pakistanın Baş naziri tamamilə möhtəşəm
fəaliyyət göstərirlər”, – deyə Tramp vurğulayıb.




Qeyd edib ki, ABŞ yalnız “yaxşı və məqbul hesab edilən” şərtlər
daxilində sülh razılaşmasını imzalamağa hazır olacaq.

Onun sözlərinə görə, hazırkı mərhələdə vasitəçi dəyişdirilməsi
gündəmdə deyil və Pakistan dialoq prosesində mühüm rolunu davam
etdirir.