
Bakı. Trend:
ABŞ Energetika Nazirliyi 2026-cı il üçün “Brent” markalı neftin
orta qiyməti proqnozunu 1,2 faiz azaldaraq bir barel üçün 96
dollardan 94,85 dollara endirib.
Trend-in
məlumatına görə, bu barədə Nazirliyin Enerji İnformasiya İdarəsinin
(EIA) hesabatında bildirilib.
Proqnoza əsasən, 2027-ci ildə “Brent” markalı neftin qiyməti
orta hesabla 79,39 dollar/barel olacaq.
Qeyd edilib ki, Yaxın Şərqdəki istehsaldakı fasilələr, xüsusən
də may və iyun aylarında neft ehtiyatlarının əhəmiyyətli dərəcədə
azalmasına səbəb olur və Hörmüz boğazından gəmilərin yenidən
açılmasından sonra belə neft qiymətlərinə aşağı düşən təzyiqi
məhdudlaşdırır.


