Samur-Abşeron kanalında yeniyetmə batıb

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən
hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, dərhal FHN-in Kiçikhəcmli
Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin
dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.




Hazırda vətəndaş – 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa
oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata
keçirilir. Əlavə məlumat veriləcək.