“Bank Respublika” mikro kreditlər üzrə yeni skorinq sistemini istifadəyə verdi

Baş səhifə

Bakı. Trend:

“Bank Respublika” sahibkarlar üçün kredit prosesini daha
sürətli və rahat edən yeni skorinq sistemini istifadəyə
verib.

Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank
Respublika, mikro kreditlər üzrə yeni skorinq sisteminin tətbiqinə
başlayıb.

Yeni sistem sahibkarlara kredit prosesindən daha sürətli, rahat
və çevik yararlanmaq imkanı yaradacaq. Belə ki, banka müraciət edən
müştərilərin kredit imkanları artıq birbaşa yerində operativ
şəkildə qiymətləndiriləcək, uyğun kredit məbləği qısa müddətdə
müəyyən edilərək eyni gün ərzində təqdim olunacaq.

Yeni yanaşmanın əsas üstünlüklərindən biri müraciət prosesinin
maksimum sadələşdirilməsidir. Sistem sahibkarların vaxt itkisini
minimuma endirməklə yanaşı, həm mövcud, həm də yeni müştərilərin
kredit xidmətlərindən daha rahat istifadə etməsinə şərait
yaradacaq.




Skorinq sistemi müştərinin maliyyə göstəriciləri, fəaliyyət
sahəsi, kredit tarixçəsi və digər mühüm meyarlar əsasında
avtomatlaşdırılmış analiz apararaq kredit qərarlarının daha
operativ və obyektiv şəkildə qəbul edilməsini təmin edir.

Bankdan verilən məlumata görə, layihənin əsas məqsədi ölkənin
bütün regionlarında fəaliyyət göstərən mikro və kiçik sahibkarların
maliyyə resurslarına çıxış imkanlarını genişləndirmək, kreditləşmə
prosesini daha əlçatan etmək və müştəri məmnuniyyətini
artırmaqdır.

Qeyd edək ki, “Bank Respublika” sahibkarların inkişafına dəstək
məqsədilə mikro və aqro kredit məhsulları üzrə geniş imkanlar
təqdim edir:

  • Məbləğ: 100 000 AZN-dək;
  • Müddət: 48 ayadək;
  • İllik faiz dərəcəsi – min. 10%
  • Güzəşt müddəti: 12 ayadək;
  • Zaminsiz və tranşla kredit imkanı;
  • Təminatdan asılı olaraq komissiyasız kredit;
  • Kredit xətti açılması imkanı;
  • Sərbəst ödəniş qrafiki

Azərbaycanda aparıcı banklardan biri olan “Bank Respublika”
sahibkarların inkişafını dəstəkləyən innovativ həllərin tətbiqini
davam etdirir.