Paşinyan Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etməyəcək

Baş səhifə

Bakı. Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyan Astanada keçiriləcək
Avrasiya İqtisadi Birliyinin sammitində iştirak etməyəcək.

Trend xarici
mediaya istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri
açıqlama verib.

“Mən aprelin 1-də Moskvaya səfərim zamanı Rusiya prezidentinə
seçki kampaniyası səbəbindən AİB sammitində iştirak edə
bilməyəcəyimi bildirdim “, – Paşinyan deyib.

O qeyd edib ki, mayın 10-da Qazaxıstan prezidentinə zəng edərək
AİB sammitində iştirak edə bilməyəcəyini bildirib.

“Baş nazirin müavini Mher Qriqoryan tədbirdə iştirak edəcək”, –
deyə Ermənistanın baş naziri bildirib.