
Xocalı. Trend:
Mayın 10-da Xocalı rayonunun Ballıca kəndində Ümumilli lider
Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə
ağacəkmə aksiyası keçirilib.
Trend xəbər verir ki,
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin
xüsusi nümayəndəliyi, Bərpa, Tikinti və İdarəetmə Xidməti
tərəfindən təşkil edilən aksiya zamanı Ballıca kəndində müxtəlif
növ ağac və gül kolları əkilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti
və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən
xəbərə görə, aksiyanın məqsədi H. Əliyevin xatirəsini yad etmək,
ətraf mühitin mühafizəsinə töhfə vermək, ekoloji tarazlığın
qorunmasına dəstək olmaqdır.


