Prezident İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşüb, “Zangilan City Park Hotel”in təməlini qoyub (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da
Zəngilan şəhərində inşa edilmiş 104 mənzilli birinci yaşayış
kompleksinin açılışında iştirak edib, buraya köçən ailələrlə
görüşüb, çıxış edib və sakinlərə mənzillərin açarlarını təqdim
edib.

Trend xəbər verir ki,
sonra dövlətimizin başçısı Zəngilan şəhərində “Zangilan City Park
Hotel”in təməlini qoyub.