
Bakı. Trend:
Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və
qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan
olmasının 103-cü ildönümüdür.
Trend xəbər verir ki,
Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova,
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Fəxri xiyabanda
Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi
önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsinə dərin
ehtiramlarını bildiriblər.
Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim,
akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə
gül dəstələri düzülüb.


