
Bakı. Trend:
Bu ildən Azərbaycanda distant təhsil modeli üzərində işlər
aparılır.
Trend xəbər verir ki, bunu Azərbaycanın Elm və təhsil naziri
Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının
103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarəti zamanı
jurnalistlərə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, 6 kiçik məktəbdə şagirdlər yerlərini
dəyişmədən mərkəzdən qoşulan bir müəllim tərəfindən onlayn təhsil
alırlar.
“Bu halda şagird həmin kənddə qalır, müəllim isə digər məktəbdən
dərsə qoşulur. Bu kimi ciddi dəyişikliklər üçün təbii ki, zaman
lazımdır. Hazırda ilkin mərhələdə olsaq da, prosesin müsbət
addımlarla irəlilədiyini deyə bilərik. Yay aylarında şagird sayı
yenidən hesablanacaq və bu istiqamətdə işlər davam etdiriləcək”, –
nazir qeyd edib.

