Ucqar kənd məktəblərinin birləşdirilməsi prosesi hər il təhlil olunur – Nazir

Baş səhifə

Bakı. Trend:

Ucqar kənd məktəblərinin birləşdirilməsi prosesi hər il təhlil
olunur.

Trend xəbər verir ki, bunu Azərbaycanın Elm və təhsil naziri
Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının
103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarəti zamanı
jurnalistlərə açıqlamasında deyib.




“Biz hazırda bu prosesin içindəyik və sistemin daha da
rasionallaşdırılması ilə təhsilin keyfiyyətinin artırılması
istiqamətində işlər davam edir. Azsaylı məktəblərə müəllim
göndərilməsi ilə bağlı müəyyən çətinliklər var. Hazırda bu
istiqamətdə iş aparılır və artıq müsbət nəticələr müşahidə olunur”,
– nazir qeyd edib.