Emin Əmrullayev: Ucqar kənd məktəblərinin birləşdirilməsi prosesi hər il təhlil olunur

Baş səhifə

Ucqar kənd məktəblərinin birləşdirilməsi prosesi hər il təhlil olunur.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, biz hazırda bu prosesin içindəyik və sistemin daha da rasionallaşdırılması ilə təhsilin keyfiyyətinin artırılması istiqamətində işlər davam edir: “Azsaylı məktəblərə müəllim göndərilməsi ilə bağlı müəyyən çətinliklər var. Hazırda bu istiqamətdə iş aparılır və artıq müsbət nəticələr müşahidə olunur.”