Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Mayın 10-u müasir, müstəqil Azərbaycanın memarı və qurucusu,
görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu və ümummilli lideri
Heydər Əliyevin anadan olmasından 103 il ötür.

Trend xəbər verir ki,
bu münasibətlə Səhiyyə Nazirliyinin rəhbərliyi və kollektivi Fəxri
xiyabana gələrək ulu öndər Heydər Əliyevin məzarı önünə gül
dəstələri düzüb, əziz xatirəsini böyük ehtiramla yad edib.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın
xatirəsi də ehtiramla yad edilib, məzarı önünə tər çiçəklər
düzülüb.




Həmçinin, dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim
Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub.

Ümummilli lider Heydər Əliyev Azərbaycanın milli səhiyyəsinin
inkişafına həmişə xüsusi diqqət və qayğı göstərib. Respublikada
peşəkar tibbi kadrların hazırlanması, səhiyyə ocaqlarının bərpa
olunaraq müasir avadanlıqlarla təchiz edilib istifadəyə verilməsi,
yeni mərkəzlərin inşası və bu sahədə qazanlıan böyük nailiyyətlər
Ulu Öndərin adı ilə bağlıdır.