ABŞ ordusu Sakit Okeanda gəmini vurub

Baş səhifə

Bakı. Trend:

ABŞ ordusu Sakit Okeanda narkotik daşıyan gəmini vurub.

Trend xəbər
verir ki, bu barədə ABŞ Cənub Komandanlığı (SOUTHCOM) məlumat
yayıb.




“Xüsusi Təyinatlı Qrupu cinayətkar təşkilat tərəfindən idarə
olunan gəmini vurub. Kəşfiyyat məlumatları onun Sakit Okeanın
şərqində narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət etdiyini
göstərib. Əməliyyat zamanı iki narko-terrorçu öldürülüb”, – deyə
açıqlamada bildirilir.

Ötən ilin sentyabr ayından bəri ABŞ Karib dənizində və Şərqi
Sakit Okeanda narkotik daşıyan gəmilərə 56 hücum həyata keçirib.
Amerika kəşfiyyatı gəmilərin narkotik daşıdığını iddia edir.
Hücumlar nəticəsində 190 nəfər həlak olub.