
Bakı. Trend:
Britaniyanın Nottinqemşayr əyalətinin Arnold şəhərində bir
sürücü avtomobili ilə şəhər mərkəzində çox sayda piyadanı vuraraq,
maşını hadisə yerində tərk edib və ərazidən qaçıb.
Trend xəbər verir
ki, bu barədə BBC Nottinqemşayr polis idarəsinə istinadən xəbər
verir.
Naməlum şəxsin qırmızı “Vauxhall Astra” markalı avtomobillə
törətdiyi hadisədə bir nəfər ağır yaralanıb və onun vəziyyətinin
hazırda kritik olduğu deyilir.
Cinayətkarın yaxalanması üçün şəhərdə bir sıra yollar bağlanıb,
polis postları qurulub.
Polis geniş ictimaiyyətə hər hansı ciddi təhlükənin olmadığına
əmin etsə də, mülki şəxslərin həmin ərazilərdən mümkün qədər uzaq
durmağı tapşırıb.
Müstəntiqlər hazırda hadisə yerində araşdırmaya başlayıb.
Şübhəlinin tutulması istiqamətində cinayət-axtarış tədbirləri
həyata keçirilir.


