Son görüşdə üç sənəd layihəsi barədə razılığa gəldik – Mqer Qriqoryan

Baş səhifə

Bakı. Trend:

Son görüşdə gələcək fəaliyyətimiz üçün böyük əhəmiyyət kəsb edən
üç sənəd layihəsi barədə razılığa gəldik.

Trend xəbər
verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan
Ermənistan və Azərbaycanın delimitasiya məsələləri üzrə müvafiq
komissiyalarının işindən danışarkən bildirib.

“Bu sənədlər proseduru təsvir edirlər, daha çox texniki xarakter
daşıyırlar. Lakin yenə də onlar vacibdirlər, çünki biz bu sənədlərə
uyğun hərəkət etməyə davam etməliyik. Bu sənədlər açıqdır, hər iki
ölkədə daxili prosedurlar vasitəsilə təsdiqlənməlidir və buna uyğun
olaraq mətnlə də tanış olmaq mümkün olacaq”, – deyə o bildirib.