İsrail Livanda 85-dən çox hədəfə zərbələr endirib – VİDEO

Baş səhifə

Bakı.Trend:

İsrail ordusu ötən gün ərzində Livanın cənubunda Hizbullah
hərəkatına aid 85-dən çox hədəfə zərbələr endirib. Bombalanan
obyektlər arasında Biqa vadisində yeraltı silah-sursat anbarının da
yer aldığı bildirilir.

Trend xəbər verir
ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti “X”
sosial şəbəkəsində məlumat yayıb.

IDF-in məlumatına görə, zərbələrdə əsas hədəflər silah-sursat
anbarları, raket buraxılış nöqtələri, Hizbullahın hücumları həyata
keçirmək üçün istifadə etdiyi tikililər və qurğular olub.




Eyni zamanda bildirilir ki, zərbələrdə eyni zamanda İsrail
qoşunlarına hücumlar planlaşdıran hərəkat döyüşçüləri
zərərsizləşdirilib.