Məşq zamanı dava etdiklərinə görə 500 min avro cərimələndilər

Baş səhifə

Bakı. Trend:

İspaniyanın “Real Madrid” futbol klubunun uruqvaylı
yarımmüdafiəçiləri Federiko Valverde və fransız Olerien Çuameni
məşq zamanı dava etdiklərinə görə hər biri 500 min avro
cərimələniblər.

Trend xəbər
verir ki, məşq zamanı baş verən davadan sonra oyunçulara qarşı
intizam tədbirləri başladılıb. Valverde Çouameni ilə mübahisəni
təsdiqləsə də, fiziki dava ilə bağlı məlumatları təkzib edib.




“Oyunçular baş verənlərə görə dərin təəssüflərini bildiriblər və
bir-birlərindən üzr istəyiblər. Oyunçular klubdan, komanda
yoldaşlarından, məşqçilər heyətindən və azarkeşlərdən üzr
istəyiblər. Hər ikisi “Real Madrid”lə işləməyə davam etməyə hazır
olduqlarını və klubun məqbul hesab etdiyi istənilən cəzanı qəbul
etməyə hazır olduqlarını bildiriblər. Bu halları nəzərə alaraq, “Real Madrid” hər bir oyunçuya 500 min avro cərimə tətbiq etmək
qərarına gəlib və bununla da müvafiq daxili araşdırma başa çatıb”,
– klubun açıqlamasında bildirilir.