
Bakı. Trend:
İnnovasiya lideri Bakcell gənclərin innovasiya və texnologiya
sahəsində inkişafını dəstəkləmək məqsədilə LANDAU məktəbinin “Spark
@ LANDAU” proqramına innovasiya tərəfdaşı kimi qoşulub.
“Spark @ LANDAU”, məktəbin 8–11-ci sinif şagirdləri üçün nəzərdə
tutulmuş startap və innovasiya proqramıdır. Proqram şagirdlərin
ideyalarını real biznes mühitində formalaşdıraraq təşəbbüskarlıq
bacarıqlarını praktik şəkildə inkişaf etdirir.
Proqramın əsas istiqamətlərindən biri olan “Təhsildə süni
intellekt” təşəbbüsü çərçivəsində iştirakçılar təhsil sahəsinə
yönəlmiş süni intellekt əsaslı layihələr hazırlayıblar. Final
tədbirində ümumilikdə 19 komanda öz startap layihələrini təqdim
edib. Təqdimatların nəticələrinə əsasən, münsiflər heyəti
tərəfindən ən uğurlu 3 komanda qalib seçilib.
Tədbirdə çıxış edən Bakcell-in ictimaiyyətlə əlaqələr və
korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova “Spark
@ LANDAU” proqramının gənclərin innovasiya ekosisteminə erkən
inteqrasiyasında mühüm rol oynadığını bildirib. Onun sözlərinə
görə, proqram şagirdlərə ideyalarını məhsula çevirmək və təqdim
etmək bacarıqları qazandırır. Süleymanova, həmçinin, Bakcell-in
süni intellekt və innovasiya təşəbbüsləri ilə bu istiqamətdə
dəstəyi davam etdirdiyini vurğulayıb.
Bakcell süni intellekt və rəqəmsal həllər sahəsində həyata
keçirdiyi təşəbbüslərlə ölkədə innovasiya ekosisteminin
formalaşmasında aktiv rol oynayır. Şirkət gənclərin texnologiya və
startap mühitinə erkən inteqrasiyasını dəstəkləməklə, real təsir
yaradan ideyaların inkişafına və gələcək nəsil innovatorların
yetişməsinə töhfə verir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya
şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini
yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin
edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük
investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ
həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək
texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL
Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

