Gürcüstanı “Milli Hərəkat” adlanan qruplaşmadan təmizləmək lazımdır – Baş nazir

Baş səhifə

Bakı. Trend:

Gürcüstanın baş naziri İrakli Kobaxidze “Milli Hərəkat” adlanan
qruplaşmanın və xarici agentlərin tamamilə zərərsizləşdirilməsinin
zəruriliyini bəyan edib.

Trend-in məlumatına görə, bu barədə Baş nazir hakim “Gürcü
arzusu” partiyasının ofisində keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ölkədə sağlam və demokratik siyasi sistemin
nəhayət bərqərar olması üçün bunu etmək lazımdır.




Kobaxidze qeyd edib ki, son 4 ildə Milli Hərəkat nümayəndələri 5
dəfə sabitliyi pozmağa və hökuməti devirməyə cəhd etsələr də, bütün
cəhdlər uğursuzluqla nəticələnib.

“Bizim 1,1 milyondan çox seçici qarşısında ölkəni “Milli
Hərəkat” adlandırılan qruplaşmadan təmizləmək məsuliyyətimiz var.
Bu, xarici kəşfiyyat orqanlarının sifarişi və dəstəyi ilə fəaliyyət
göstərən siyasi qüvvələrə, xarici agentlərə və ekstremist qruplara
aiddir”, – deyə hökumət başçısı bildirib.

Baş nazirin sözlərinə görə, belə məqsədlərə nail olmaq üçün
Saakaşvili ailəsinin təsiri altında olan universitetlərdən birindən
istifadə edilir.