Livan və İsrailin ABŞ-dakı səfirləri danışıqlara hazırlıqları müzakirə edəcək

Baş səhifə

Livan və İsrailin ABŞ-dakı səfirləri Nada Hammadə-Muavvad və Yexiel Layter arasında məsləhətləşmələrin üçüncü raundu 6-7 may tarixlərində Vaşinqtonda keçiriləcək.

APA xəbər verir ki, bu barədə “Naharnet” xəbər portalı məlumat yayıb.

Məlumata görə, diplomatlar mayın ikinci yarısına planlaşdırılan birbaşa ikitərəfli danışıqlara hazırlıqları müzakirə edəcəklər.