“Bank Respublika” sahibkarlara “34 GÜN – 34% ENDİRİM” kampaniyasına start verib

Baş səhifə

Bakı. Trend:

Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən “Bank
Respublika” 34 illik fəaliyyəti münasibətilə sahibkarlar üçün “34
GÜN – 34% ENDİRİM” adlı mikro kredit kampaniyasına start verib.

Kampaniya çərçivəsində bankdan mikro və aqro kredit götürən
müştərilər 34 gün ərzində faiz dərəcəsində 34%-dək ENDİRİM əldə edə
biləcəklər.

Kampaniyanın digər özəllikləri:




Məbləğ: 100 000 AZN-dək;
Müddət: 48 ayadək;
İllik faiz dərəcəsi – min. 10%
Güzəşt müddəti: 12 ayadək;
Zaminsiz və tranşla kredit imkanı;
Təminatdan asılı olaraq komissiyasız kredit;
Kredit xətti açılması imkanı;
Sərbəst ödəniş qrafiki

Kampaniya 06 iyun 2026-cı il tarixinədək davam edəcək.

Kredit ticarət, kənd təsərrüfatı, xidmət, istehsal, nəqliyyat və
tikinti sahələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş
adamlarına təqdim olunur.