Məşhur kurort şəhərində qadınların cəsədləri tapılır

Baş səhifə

Bakı. Trend:

Turistlər üçün məşhur olan Meksika kurort şəhəri Puerto
Vallartada üç qadının cəsədi tapılıb.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, ilk cəsəd 10 mayda Ranço El Piruli ərazisində
tapılıb. Beş gün sonra Mismaloya yaxınlığındakı magistral yolun
kənarında başqa bir cəsəd, 22 may səhəri isə Parque Las Palmas
ərazisindəki torpaq yolda digər bir cəsədin qalıqları tapılıb.




Qurbanların şəxsiyyəti hələ müəyyən edilməyib. Məlum olan tək
şey onların 22-35 yaşları arasında olan və hamısının döyməli
qadınlar olmasıdır.

Sosial mediada yayılan məlumatlarda iddia olunur ki,
qurbanlardan biri Mexiko ştatında yaşayan 22 yaşlı amerikalı
Elizabet Martinezdir. Onun bu ilin aprel ayında itkin düşdüyü
bildirilirdi.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda müşahidə
kameralarının görüntülərini araşdırır və mövcud məlumatları təhlil
edirlər.