İran nümayəndə heyətinin Dohaya son səfəri diplomatik fiasko olub

Baş səhifə

Bakı. Trend:

Qətər hakimiyyəti Tehranın Yaxın Şərq razılaşmasının bir hissəsi
olaraq İranın 12 milyard dollarlıq aktivlərini qeyd-şərtsiz azad
etmək tələbini rədd edib.

Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.

Bildirilir ki, İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibafın
rəhbərlik etdiyi yüksək vəzifəli İran nümayəndə heyətinin Dohaya
son səfəri Tehran üçün böyük diplomatik fiasko olub.




“Tehranın ABŞ ilə anlaşma memorandumunun dərc edilməsi ilə eyni
vaxtda, 12 milyard dollarlıq vəsaitin dərhal və qeyd-şərtsiz
bərpasını tələb etməsinə baxmayaraq, Qətər hakimiyyəti bu çağırışı
rədd edib və vəsaitlərin yalnız yarısının sərt məhdudiyyətlər
altında bərpasına razılaşıb”, – məlumatda bildirilib.

Doha İranın Qətər mallarını almaq üçün istifadə edəcəyi 6
milyard dollarlıq kreditin dondurulmasının ləğv edilməsini təklif
edib.

Tehran memorandumu imzalamağa razı olmazdan əvvəl 12 milyard
dolların geri qaytarılmasını tələb edib.