
Bakı. Trend:
İran Pakistan vasitəsilə ABŞ-yə hərbi əməliyyatların qəti
dayandırılması planını təqdim edib və hazırda Vaşinqtonun buna
reaksiyasını gözləyir.
Trend-in
məlumatına görə, bu barədə İran xarici işlər nazirinin müavini
Kazem Qəribabadi deyib.
“İran Pakistan vasitəçiləri vasitəsilə müharibəyə birdəfəlik son
qoymaq üçün bir plan təqdim etdi və indi top ABŞ tərəfindədir.
Diplomatiya və davam edən qarşıdurma arasında seçim Vaşinqtondan
asılıdır”, – deyə o qeyd edib.
Nazirlik rəsmisi əlavə edib ki, Tehran “bütün mümkün ssenarilərə
hazırdır” və “Amerika tərəfinə qarşı etimadsız qalır”.

