Hindistanda binanın çökməsi nəticəsində xəsarət alanlar var

Baş səhifə

Bakı. Trend:

Hindistanın şimalında yerləşən Racastan ştatının Kota şəhərində
binanın çökməsi nəticəsində azı səkkiz nəfər xəsarət alıb.

Trend xəbər verir
ki, xəsarət alanlar yerli xəstəxanaya yerləşdirilib.




Məlumata görə, dağıntılar altında qalan digər mümkün qurbanların
tapılması məqsədilə axtarış-xilasetmə əməliyyatları davam
etdirilir. İlkin ehtimallara əsasən, binanın uçması zamanı
dağıntılar altında təxminən 20 nəfər qala bilər.

Qalan insanların dəqiq sayı hələlik müəyyən edilməyib.