Kəlbəcərdə mürəkkəb relyefli dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib

Baş səhifə

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə
Kəlbəcər rayonu, Tövlədərə kəndində mürəkkəb relyefli dağlıq
ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat
daxil olub.

Nazirlikdən bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri
əraziyə cəlb edilib.




Dağlıq ərazidə dərinliyi təxminən 100 metr olan dərədə köməksiz
vəziyyətdə qalan vətəndaş – 1967-ci il təvəllüdlü Fərzəliyev Kamil
İmamverdi oğlu yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi
xilasetmə vasitələrindən istifadə edilməklə xilas olunub.