Malidə 25 aprel hücumları ilə bağlı ilk həbslər həyata keçirilib

Baş səhifə

Bakı. Trend:

Mali hakimiyyəti 25 aprel terror hücumlarında iştirak etməkdə
şübhəli bilinən şəxslərin ilk həbslərini həyata keçirib.

Trend-in
məlumatına görə, bu barədə ölkənin Hərbi Məhkəməsi xəbər verib.




Qeyd edilib ki, Hərbi Məhkəmənin baş prokuroru “25 apreldə
Malidə baş verən və Bamako da daxil olmaqla, silahlı qüvvələrin və
təhlükəsizlik qüvvələrinin bir neçə mövqeyini, eləcə də Müdafiə və
Veteranlar İşləri Nazirinin iqamətgahını hədəf alan terror
hücumları ilə bağlı istintaqa başlayıb”.

Bu mərhələdə hakimiyyət orqanları hücumların
planlaşdırılmasında, koordinasiyasında və həyata keçirilməsində
hazırkı və keçmiş hərbçilərin, eləcə də bir sıra siyasətçilərin
iştirak etdiyini müəyyən edib.