Bakı. Trend:
Meksika və Avropa İttifaqı (Aİ) 22 mayda Meksika paytaxtında
keçiriləcək VIII ikitərəfli sammiti çərçivəsində strateji
tərəfdaşlıq müqaviləsi və müvəqqəti ticarət müqaviləsi
imzalayacaqlar.
Trend-in məlumatına görə, bu barədə Meksika Xarici İşlər
Nazirliyinin ölkə prezidenti Klaudiya Şeynbaumla Avropa Şurasının
prezidenti Antonio Koşta arasında telefon danışığından sonra dərc
etdiyi kommünikedə deyilib.
“Sammitin əsas nəticələrindən biri “Meksika ilə Avropa İttifaqı
arasında Siyasi, İqtisadi və Kooperativ Sahələrdə Strateji
Tərəfdaşlıq Sazişi”nin (yenilənmiş qlobal saziş), eləcə də aralıq
ticarət sazişinin imzalanması gözlənilir”, – deyə qeyd olunub.
Bəyanatda vurğulanıb ki, yeni saziş 25 il əvvəl qurulan “siyasi,
əməkdaşlıq və iqtisadi münasibətlərin mövcud çərçivəsini
yeniləyəcək və dərinləşdirəcək”.

