Bakı. Trend:
Rəsmi Tehran münaqişəyə son qoymaq üçün danışıqlar zamanı nüvə
silahı hazırlamamağa və ya əldə etməməyə razılaşıb.
Trend-in məlumatına görə, bunu Amerika Birləşmiş Ştatları (ABŞ)
Prezidenti Donald Tramp “Fox News”a verdiyi müsahibədə deyib.
“Saziş layihəsində indi İranın nüvə silahı hazırlamayacağı və ya
heç bir şəkildə əldə etməyəcəyi qeyd olunur. Bu, böyük fərqdir”, –
deyə o vurğulayıb.
ABŞ Prezidenti əlavə edib ki, potensial razılaşma, həmçinin
imzalanmadan dərhal sonra Hörmüz boğazının açıla biləcəyini nəzərdə
tutur.

