Otuz beş il yurdumuzun, evimizin üzünü görmədik.
“Report” xəbər verir ki, bunu Füzuli rayonundan olan keçmiş məcburi köçkün Qlavdiya Yusifova deyib.
“Füzuli rayonundan məcburi köçkün düşmüşdüm. Həmin vaxt 35 yaşımız vardı. Övladlarım azyaşlı idi.
Allaha şükür ki, yurdumuza qayıtmaq mənə də nəsib oldu. Allah Prezidentimizə uzun ömür bəxş etsin. Çox həyəcanlıyam, sevinirəm ki, evimə qayıdıram. Allaha şükür, bizə də qismət oldu, yurdumuza qayıdırıq. Qırmızı Bazar qəsəbəsinə köçürük”, – o əlavə edib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

