
Bakı. Trend:
Bu gün futbol üzrə Misli Premyer Liqasının 29-cu turuna start
veriləcək.
Trend xəbər verir ki, turun
ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
İlk matçda “İmişli” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək.
Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat
16:00-da başlayacaq. 28 turdan sonra “İmişli” 29 xalla doqquzuncu,
“Sumqayıt” isə 35 xalla yeddinci pillədə qərarlaşıb.
Günün ikinci oyununda isə Premyer Liqada yerini qorumağa çalışan
“Qəbələ” öz meydanında “Araz-Naxçıvan”la üz-üzə gələcək. Qəbələ
şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 18:30-da start
götürəcək. Hazırda “Qəbələ” 19 xalla turnir cədvəlinin 11-ci
sırasında, “Araz-Naxçıvan” isə 39 xalla altıncı pillədə yer
alır.
Xatırladaq ki, 29-cu turun oyunlarına aprelin 27-də yekun
vurulacaq.

