
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, dəniz blokadasının
qaldırılması İranla mümkün razılaşmanın əldə olunmasını
çətinləşdirə bilər.
Trend-in məlumatına görə, o, bu barədə “Truth Social”
platformasında paylaşım edib: “İran Hörmüz boğazının bağlanmasını
istəmir, onlar gündə 500 milyon dollar qazanmaq üçün onun açıq
qalmasını istəyirlər. Onlar bildirirlər ki, yalnız mən onu tam
bağladığım üçün bu addımı atmaq istəyirlər və beləliklə, sadəcə
“nüfuzlarını qorumağa” çalışırlar”.
ABŞ Prezidenti əlavə edib: “Amma bunu etsək, İranla bağlı
razılaşma heç vaxt baş tutmaya bilər”.

