İran ABŞ-nin elan etdiyi atəşkəsi tanımadığını bildirib

Baş səhifə

Bakı. Trend:

İran ABŞ-nin atəşkəsin birtərəfli uzadılmasını tanımaq
niyyətində deyil və öz maraqlarına uyğun hərəkət edəcək.

Trend-in
məlumatına görə, bu barədə İranın dövlət televiziyası bildirib.




“Tehran [ABŞ Prezidenti Donald] Tramp tərəfindən elan edilən
atəşkəsi tanımır, ona əməl etməmək hüququna malikdir və öz milli
maraqlarına uyğun hərəkət edəcək”, – deyə bildirilib.