Əli Əsədov Qazaxıstanda işgüzar səfərdədir

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 21-də
Regional Ekoloji Sammitdə iştirak etmək üçün Qazaxıstan
Respublikasının Astana şəhərinə işgüzar səfərə gedib.

Bu barədə Trend-ə Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq
Aeroportunda Ə.Əsədovu Qazaxıstan Respublikası Baş nazirinin
birinci müavini Roman Sklyar və digər rəsmi şəxslər
qarşılayıblar.